Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Oxu.Az xəbər verir ki, “Ferrari”dən Şarl Lekler ən yaxşı nəticəni göstərib.
Serxio Peres (“Red Bull”) ikinci, onun komanda yoldaşı Maks Ferstapen üçüncü olub.
18:08
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
Oxu.Az-ın xəbərinə görə, yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.
“Red Bull”un pilotu Serxio Peres ilk test yürüşündə ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.