Fransa çempionatının 25-ci turunda lider PSJ səfərdə “Nant”a məğlub olub.
İlk hissə PSJ üçün əsl kabusa çevrilib. Belə ki, meydan sahibləri artıq 4-cü dəqiqədə R.Kolo Muaninin qolu ilə önə keçiblər. 16-cı dəqiqədə Q.Merlin hesabı 2-0 edib. İlk hissəyə əlavə olunmuş vaxtda L.Blas penalti zərbəsi ilə fərqi üç topa çıxarıb.
Ön xətdə Messi və Neymara güvənən qonaqlar Messinin asistində Neymarın qolu ilə 47-ci dəqiqədə fərqi azaldıb.
Qarşılaşmanın 59-cu dəqiqəsində Neymar penalti zərbəsindən fərqi minimuma endirmək şansını əldən verib.
Beləliklə, PSJ səfərdə məğlub olub - 3:1.