Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Bu gün sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
Güləşçilərimizdən dağıstanlı legionerimiz Əhmədnəbi Qvarzatilov ilk görüşdə erməni əsilli Fransa idmançısı Arman Eloyanla qarşılaşacaq.
Millimizin lideri, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevi isə prinsipial görüş gözləyir. Onun rəqibi ötən ilin dünya çempionu və ikiqat Avropa birincisi Hacımurad Rəşidov olacaq.
Ötən ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatının ilk görüşündə bu iki idmançı üz-üzə gəlmiş və hakimlərin şübhəli qərarı ilə son saniyələrdə qələbə xalı Hacımurada verilmişdi. Həmin vaxt Hacı Əliyev əsəblərini cilovlaya bilməyərək hakimlərin üzərinə getmişdi. İdmançı yarışdan diskvalifikasiya edilsə də, sonradan onun yarışı davam etdirməsinə icazə verilmişdi.
-57 kq 1/8 final İslam Bazarqanov – Andrey Yatsenko (Ukrayna)
-61 kq 1/8 final Əhmədnəbi Qvarzatilov – Arman Eloyan (Fransa)
-65 kq 1/8 final Hacı Əliyev – Hacımurad Rəşidov (Rusiya)
-70 kq 1/8 final: Gitinoməhəmməd Hacıyev – Mohammed Abdulkərim (Küveyt)
-79 kq Təsnifat Rəşad Yusifli – Muhammet Kotanoğlu (Türkiyə)
-86 kq 1/8 final Abubakr Abakarov – Əhməd Maqomayev (Bolqarıstan)
-92 kq Təsnifat Hacımurad Məhəmmədsəidov – Straxinya Despiç (Serbiya)
-97 kq 1/4 final Şamil Zubairov – Samhan Cəbrayılov (Moldova)
-125 kq 1/8 final Camaləddin Məhəmmədov – Oktay Güngör (Türkiyə)
Qeyd edək ki, sabah 57, 70, 74, 92 və 125, dekabrın 17-də isə 61, 65, 79, 86 və 97 kq-da mübarizəyə start veriləcək.