Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun Dağıstana dəvət etdiyi irlandiyalı Konor Makqreqoru respublikada necə qarşılayacağından söz açıb.
Oxu.Az-ın xəbərinə görə, Həbib bunu belə təsvir edib:
“Qonaqları layiqincə qarşılamaq bizim üçün müqəddəs işdir. Dağıstan bununla məşhurlaşıb. Düşünürəm ki, orada baxmağa çox şey var. Bəlkə ona güləş zalını göstərdik: Makqreqor güləşə bilmir”.
Nurməhəmmədov əlavə edib ki, mütləq Konoru qonaq edəcək, çünki respublikada ac qonaq olmur.
Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurməhəmmədov Las-Veqasda Konor Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Həlledici döyüşdən sonra idmançıların komandaları arasında dava düşüb.
Rəylər