Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Həbibin gizli şəxsi həyatı və Konorun ailə xoşbəxtliyi - FOTO
İdman KİV-lərinin diqqəti analitik yazılara qarışdığı bir vaxtda Rusiyanın “Super” nəşri son günlər ən çox müzakirə edilən qarışıq döyüş növü üzrə iki idmançının gizli şəxsi həyatı ilə bağlı məlumat dərc edib.
30 yaşlı Həbib Nurməhəmmədovun ailəsi ilə bağlı az məlumat var: ailəlidir, iki övladı (qızı və oğlu) var, atası məşqçidir.
Dağıstanlı idmançının fanatları arasında onun ailə həyatının müzakirəsi qeyri-etik hesab edilir, ancaq müsəlmanlıqdan kənar şəxslər arasında onun həyat yoldaşının kimliyi maraq doğurur.
“Həbibin arvadı kimdir?” mövzusu ilə bağlı çox sayda fotoşopla hazırlanmış şəkillər var ki, bu fotolardakı şəxslər ya onların ailə üzvləri, ya fanatları, ya da ki... Olqa Buzovadır. Bəzi Qərb mediası müğənnini Həbibin həyat yoldaşı kimi təqdim edib.
Əslində isə Həbibin həyat yoldaşının adı sirr kimi saxlanılır. Onun fotoları yalnız toy mərasimində çəkilib. Mərasimdə gəlinin yalnız gül buketi tutan əlləri görünür, yerli adət-ənənələrə əsasən, gəlinin üzü qalın fata ilə örtülür və mərasimin sonunadək o, bəyin yanında əyləşir. Yeri gəlmişkən, paylaşılan ikinci fotoya şəbəkə istifadəçiləri “Gəlini tapın” şərhini yazıblar.
Həbibin sözlərinə görə, arvadı onun yaxşı qazancına baxmayaraq, klublara və butiklərə getmir, eləcə də, öz biznesi yoxdur. O, hətta Həbibin döyüşlərinə getmir. Onun bütün həyatı ev işləri və uşaqların tərbiyəsinə yönəlib. Eyni gizliliyi döyüşçü övladlarına qarşı da həyata keçirir.
Bu səbəbdən onun şəxsi həyatı ilə bağlı informasiyalara inanmaq çox çətindir. Yeganə inanmağın mümkün olduğu məsələ Həbibin cəmi bir arvadının olması ilə bağlıdır. Dörd qadınla evlənmək imkanı barədə idmançının atası və məşqçisi Nurməhərrəmov Abdulmanaf jurnalistlərə müsahibələrindən birində xatırladıb və bildirib ki, onların ailəsində minimum ikiarvadlılıq qəbul edilib.
Konor Makqreqorun ailəsi ilə bağlı məlumatların yayılması isə tam fərqlidir. Təkcə onun Həbiblə keçirdiyi mətbuat konfransına diqqət yetirməklə başa düşmək olar ki, o, anadangəlmə şoumen və həqiqi pis oğlandır.
Ancaq bəzən şəxsi həyat və ya ailə fotosunu paylaşmaqla Konor necə ata olduğunu göstərib.
İnana bilərsiniz ki, Makqreqor 10 il əvvəl su xidmətində çalışıb, daha sonra spirtli içki aludəçisi olduğu üçün işsiz qalıb. O zaman idmançı gələcək həyat yoldaşı olan Di Devlinlə gecə klublarından birində tanış olub. Qısa zaman sonra cütlük evlənib.
2017-ci ildə toylarının yubileyi vaxtı Devlin ona ən böyük hədiyyəni verdi və Makqreqor oğul atası oldu.
Hazırda Konorun həyatı tamamilə dəyişib. Onun bank hesabları “Bud Light”, “Reebok” və “Monster Energy” şirkətlərinin müqavilələri ilə doludur.
Bu yaxınlarda irlandiyalı özünün yaratdığı içkini - “Erie Born Spirits” ailə şirkətinin istehsal etdiyi “Proper Twelve” viskisini təqdim edib.
Daha bir maraqlı mövzu: Devlin Konorun model və striptiz oynayan qızların əhatəsində olmasına necə baxır? Ya Di qısqanmağı bacarmır, ya da onun əsəbləri çox güclüdür. İnanırıq ki, bu cütlükdə hər şey yaxşı olacaq.
Oxu.Az yeniləndi!
Rəylər