Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında ikinci pilləyə yüksəlib
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) qazandığı reytinq xallarının sayına görə ikincidir.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) qarışıq cədvəli həm kişilər, həm də qadınların dünya reytinqində liderlərin göstəricilərini əks etdirir.
H.Heydərov birləşmiş siyahıda üçüncü yerdən ikinciyə yüksəlib. O, ikiqat dünya çempionu Ann-Mari Vaqneri (Almaniya, 7132) qabaqlayıb. Cüdoçumuzun 7360 xalı var.
Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi cədvəldə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 9790) geri qalır.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) topladığı xallara görə yeddinci göstəriciyə malikdir - 6112. O, beşqat Olimpiya çempionu Teddi Rineri (Fransa, 5900) qabaqlayır.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Cüdoçuların dünya reytinqinin ilk onluğunda altı azərbaycanlı yer aldı
- Hidayət Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu SEÇİLDİ
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb