Azərbaycan idmançıları Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hələlik iki lisenziya qazanıblar.
Oxu.Az xəbər verir ki, həmin idmançılar stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmovadır. Lisenziya sayının olimpiadayadək artacağı güman olunub.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları bu il oktyabrın 6-dan 18-dək keçiriləcək.
S.T.
www.oxu.az