Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.
Oxu.Az-ın xəbərinə görə, tədbir çərçivəsində bir sıra nominasiyalar üzrə ilin ən yaxşıları müəyyənləşib.
Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idmançıları, məşqçiləri, idman hakimləri və idman təşkilatlarına mükafatlar təqdim olunub.
İlin məşqçiləri
Vaqif Feyzullayev – Eldəniz Əzizlinin məşqçisi (güləş)
Fərhad İsmayılov – stolüstü tennis komandasının məşqçisi
Tərlan Həsənov – Hidayət Orucovun məşqçisi (cüdo)
İlin ən yaxşı hakimləri
Vaqif Əliyev – həndbol
Anar Babanlı – boks
Vahid Nəzərov – ağır atletika
İdman yarışlarının yüksək səviyyədə keçirilməsinə görə – Gimnastika Federasiyası, Cüdo Federasiyası, Velosiped İdmanı Federasiyası
İlin ən yaxşı federasiyası – Güləş Federasiyası
İlin ən yaxşı komandası – Qızlardan ibarət stolüstü tennis millisi
İlin ən fəal veteranı – Elmira Safonina (qılıncoynatma idmanı üzrə veteran)
İlin yekunlarına görə ən yaxşı idman həkimi – Aytəkin Rüstəmova (nazirlikdə idman həkimi nəzarəti şöbəsinin müdiri)
İlin ən yaxşı idman qurğuları – Abşeron Olimpiya İdman Kompleksi, Göygöl Olimpiya İdman Kompleksi
Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı – Dilqəm Quliyev (ADBTİA-nın elmlər doktoru)
İlin ən yaxşi idman verilişlərinin təşkilatçı jurnalisti – Namiq Abbasov (ARB24 kanalı)
İlin ən yaxşi idman televiziya verilişləri kanalı – Xəzər TV
İlin ən yaxşi idman agentliyi – Rekord.az
İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi – “Bol idman” (İctimai TV)
Fəxri diplom – Şahin Mahmudov, Fariz Nəcəfov (“Qəbələ” Klubunun vitse-prezidenti), Rafiq Rəhimov (veteran güləşçi), Nadir Əzizov, Elşən Abbasov (hər ikisi Kikboksinq Federasiyası)
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası – Azərbaycan milli olimpiya komandası
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə
Yelizaveta Luzan (bədii gimnastika) - I yer
Vüqar Talıbov (cüdo) - I yer
Turan Bayramov (sərbəst güləş) - I yer
Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer
Cavad Ağayev (taekvondo) - III yer
Şahanə Nəzərova (qadın güləşi) - III yer
Nurlan Səfərov (boks) - III yer
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi – Rövnəq Abdullayev (Cüdo Federasiyasının prezidenti)
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı – Orxan Qoca
Ədalətli oyun prinsiplərinə sadiq – Emin Şaxtaxtinski
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Mariana Vasilyeva (gimnastika millimizin baş məşqçisi)
Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Eldəniz Əzizli (yunan-Roma güləşçisi)
Ədalətli oyun prinsiplərinə sadiq səfir – Fərid Mansurov (nazirlikdə İdman şöbəsinin müdiri)
Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əsgərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilib.
İlin ən yaxşı idmançıları
Eldəniz Əzizli (yunan-Roma güləşi) – Dünya və Avropa çempionu
Mariya Stadnik (güləş) – Avropa çempionu və dünya mükafatçısı
Bayram Mustafayev (paracüdo) – Dünya çempionu
Hidayət Heydərov (cüdo) – Dünya və Avropa çempionatının mükafatçısı
Cəbrayıl Həsənov (sərbəst güləş) – Dünya və Avropa mükafatçısı
Radik İsayev (taekvondo) – Avropa çempionu və Dünya Kubokunun mükafatçısı
Mixail Malkin (tamblinq) – Avropa çempionu
Pərviz Həsənov (dama) – Gözdən əlillər arasında dünya və Avropa çempionu
Şəhriyar Məmmədyarov (şahmat) – Dünya reytinqində III yerin sahibi
Elxan Əliyev (kikboksinq) – Avropa çempionatının mükafatçısı
Rafael Ağayev (karate) – dünya çempionatının mükafatçısı və Avropa çempionu.
Rəylər