İngiltərə Liqa Kubokunda 3-cü raundun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “Liverpul” öz meydanında ölkənin səviyyəcə ikinci liqası olan Çempionşipin lideri “Lester”i qəbul edib.
Qarşılaşma Mersisayd klubunun qələbəsi ilə başa çatıb - 3:1. Hesabı üçüncü dəqiqədə qonaq komandanın heyətində Keysi Maktir açıb. Lakin 48-ci dəqiqədə Kodi Qakpo hesabda tarazlıq yaradıb. 70-ci dəqiqədə Dominik Soboslay “qırmızılar”ı hesabda önə keçirib. 89-cu dəqiqədə isə Dioqu Jota yekun nəticəni müəyyənləşdirib.
Mərhələ bir oyundan ibarət olduğundan “Liverpul” növbəti raunda adlayıb.