İngiltərə millisi baş məşqçisi Tomas Tuxel ilə müqaviləsini yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-də İngiltərə yığmasının "sükanı arxasına" keçən Tomas Tuxelin müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatmalı idi.