İngiltərə Premyer Liqasının 8-ci turu "Liverpul" - "Mançester Yunayted" matçı ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, qarşılaşmada qonaqlar üstün olublar.
Artıq ikinci dəqiqədə Brayan Mbemo hesabı açıb və "Mançester Yunayted"i önə keçirib. Kodi Qakpo 78-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Harri Maquayr 84-cü dəqiqədə qonaqların ikinci qolunu vurub - 1:2.
Bu oyundan sonra "Liverpul" 15 xalla Premyer Liqa cədvəlində dördüncü, "Mançester Yunayted" isə 13 xalla 9-cu pillədə qərarlaşıb.