Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İtaliyalı üzgüçü şəraitdən narazı olduğu üçün küçədə yatıb
İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb.
Oxu.Az xəbər verir ki, onun parkda yatmasını səudiyyəli avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.
Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanına sərdiyi dəsmalın üzərində yatıb.
Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı idmançı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.
Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycan idmançısı Paris-2024-də qazandığı medalı geri qaytaracaq - ÖZƏL
- Paris Olimpiadasının 100-dən çox keyfiyyətsiz medalı təşkilat komitəsinə qaytarılıb
- Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi
- Paris Olimpiadasının medalları keyfiyyətsiz çıxdı
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
Rəylər