Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda daha bir rəngi qaçmış piyada zolağı və çətin vəziyyətdə qalan sakinlər
Metronun "Xətai" stansiyası yaxınlığında ən çox uşaq və yeniyetmələrin istifadə etdikləri piyada zolağı silinib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, sözügedən ərazidə piyada zolağının olduğunu göstərən xətlər silinib, sürücülər isə müvafiq yol nişanına məhəl qoymurlar. Nəticədə yolu keçən piyadalar, xüsusən də təhsil mərkəzinə gedib-gələn uşaqlar təhlükə ilə üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.
"Nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Müvafiq işlər sözügedən küçədə də aparılacaq. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər", - deyə məlumatda qeyd olunub.
Əzizə İsmayılova
"Piyada zolağı" teqi üzrə xəbərlər
- Paytaxtın mərkəzində yeni ZOLAQ MÜƏMMASI: Səki, yoxsa hərəkət zolağı?
- Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
- Paytaxt yollarındakı rəngi getmiş piyada zolaqları - TƏHLÜKƏ MƏNBƏYİ
- Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI
- Mingəçevir sakinləri rəngsiz piyada zolaqlarından şikayətçidirlər: "Həyatımızı riskə atmalı oluruq"
Rəylər