Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kriştianu Ronaldu Lionel Messiyə görə klubunu dəyişmək qərarına gəlib
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu klubunu dəyişmək fikrinə düşüb.
Oxu.Az "Talk Sport"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz azad agent kimi Səudiyyə Ərəbistanının başqa komandasına - "Əl-Hilal"a keçə bilər. Onun hazırkı klubu "Ən-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.
Vurğulanıb ki, forvard bunu əzəli rəqibi, "İnter Mayami"də çıxış edən Lionel Messi ilə son görüş üçün edə bilər. Ronaldu bu addımı atmaqla yayda argentinalının da qatılacağı klublararası dünya çempionatında iştirak edə biləcək.
"Əl-Hilal" qrup mərhələsində Ronaldunun keçmiş komandası "Real Madrid"lə qarşılaşmasının mümkünlüyü də qeyd olunub.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"