Polşada legioner karyerasını uğurla davam etdirən millimizin hücumçusu Mahir Emreli klubu “Leqiya”nın sosial şəbəkə hesablarının əsas qəhrəman obrazlarından biridir.
Ötən gün Ekstraklasanın IX turunda “Rakuv”la matçda komandanın heyətində növbəti qolunu vuran Mahiri “Leqiya”nın rəsmi “Twitter” hesabı sehrbaz kimi təqdim edib.
Klubun rəsmi hesabında futbolçunun fotosu paylaşılaraq “Mahir yox, Magik (polyak dilində "sehrbaz" deməkdir – red.) yazılıb.
Qeyd edək, bu mövsüm “Leqiya” ilə müxtəlif sferalarda 16 matçda meydana çıxan Mahir Emreli ümumilikdə 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mahir ❌
— Legia Warszawa 👑 (@LegiaWarszawa) September 25, 2021
Magik ✅
🇦🇿🪄#LEGRCZ pic.twitter.com/vfWCijlsRV