"Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək".
Oxu.Az xəbər verir ki, Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqası çərçivəsinjdə Azərbaycanla qarşılaşmasından əvvəl Bakıdakı mətbuat konfransında deyib.
"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq", - deyə o bildirib.
Baş məşqçi Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçə etməsi barədə də danışıb:
"Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir".
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da "Palms Sports Arena"da keçiriləcək.