Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millimizin Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1. Nicat Mehbalıyev, "Sabah";
2. Rza Cəfərov, "Neftçi";
3. Aydın Bayramov, "Zirə";
4. Abbas Hüseynov, "Qarabağ";
5. Amin Seydiyev, "Sabah";
6. Rahil Məmmədov, "Radomiak Radom", Polşa;
7. Bəhlul Mustafazadə, "Qarabağ";
8. Zamiq Əliyev, "Eqnatia", Albaniya;
9. Bədavi Hüseynov, "Qarabağ";
10. Anton Krivotsyuk, "Daejeon Hana Siti", Cənubi Koreya;
11. Elvin Cəfərquliyev, "Qarabağ";
12. Coşqun Diniyev, "Bandırmaspor", Türkiyə;
13. Aleksey İsayev, "Qarabağ";
14. Xəyal Nəcəfov, "Turan Tovuz";
15. Ceyhun Nuriyev, "Zirə";
16. Mustafa Əhmədzadə, "Araz-Naxçıvan";
17. Səbuhi Abdullazadə, "Sumqayıt";
18. Emin Mahmudov, "Neftçi";
19. Toral Bayramov, "Qarabağ";
20. Ozan Can Kökçü, HJK, Finlandiya;
21. Rüstəm Əhmədzadə, "Zirə";
22 Ramil Şeydayev, "Neftçi";
23 Mahir Emreli, "Nürnberq", Almaniya;
24 Nəriman Axundzadə, "Qarabağ".
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək.
Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra - noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da "Strouberri Arena"da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da İsveç seçməsi ilə qarşılaşacaq.
Anar Həsənov
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan millisinə xəbərdarlıq edib
- AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
- UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi
Rəylər