Azərbaycan yığmasının idmançısı Finlandiyada “Nordic Pro” yarışmasında iştirak edib, burada bodifitnes üzrə yarışda birinci yeri tutub.
Oxu.Az xəbər verir ki, “Miss Olimpiya”, həvəskarlar arasında startda qalib gələn Yelena Kirşina Beynəlxalq Federasiyadan sertifikat alıb, bu sertifikat ona peşəkarlar arasında çıxış etməyə imkan verir.
Əlavə edək ki, bu ilin hələ mayında Azərbaycanın bodibildinq üzrə yığması Santa-Susannada (İspaniya) Avropa çempionatında iştirakını bir qızıl və bir gümüş medal ilə başa vurub. Beş idmançıdan dördü finala çıxa bilib, burada isə müvəffəqiyyət Şəhriyar Nematimirzəyinin (95 kq) üzünə gülüb, o, ikinci olub, Yelena Kirşina isə bodifitnes üzrə +168 sm kateqoriyasında qalib olub. Santa-Susanna Azərbaycan komandası üçün uğurlu şəhərdir.
Keçən il məhz burada keçirilən Qitə çempionatında Azərbaycan atletləri bir gümüş və bir bürünc medal qazanıblar. Bir neçə il öncə Dünya çempionatının bürünc medalını, eləcə də “Arnold Classic”in gümüş medalını qazanan Kirşina əla çıxış edib.
E.Ə.
www.oxu.az