Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvanda ləğv edilən federasiyanın yerinə yeni qurum yaradıldı
Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu günlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.
Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybolu inkişaf etdirməkdən ibarət olacaq. Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevralında ləğv olunmuşdu.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Şifahi imtahandan keçmiş vəkilliyə namizədlərin SİYAHISI
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
- "Bələdiyyələrlə iş" informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
- Bakıda cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb
- Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub