"Neftçi” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana” klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Həmçinin Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə də əməkdaşlığa son verilib.
A.M.