Niderland Kralı Villem-Aleksander və Kraliça Maksima dünya çempionatının Ekvador yığma komandası ilə oyunundan sonra Kürasao millisinin futbolçuları ilə birlikdə rəqs ediblər.
Oxu.Az xəbər verir ki, müvafiq videonu milli komandanın mətbuat xidməti yayımlayıb.
Xatırladaq ki, Kürasao millisi Ekvador yığması ilə heç-heçə edib (0:0) və dünya çempionatlarında ilk xalını qazanıb.
Qeyd edək ki, Kürasao Karib dənizinin cənub hissəsində, Venesuela sahillərindən 80 km məsafədə yerləşən və Niderland Krallığının tərkibindəki ada dövlətidir.
Qaynar xətt:
(055) 224 12 12