Niderland yığmasının hücumçusu Kodi Qakpo Mərakeş komandasının qapısından keçirdiyi topu doğulmamış oğluna həsr edib.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, Qakpo və onun sevgilisi Noa van der Biy mayda ikinci övladlarının olacağını açıqlamışdılar.
Körpənin oktyabrda dünyaya gələcəyi gözlənilirdi. Lakin Niderland-Mərakeş qarşılaşmasından bir gün əvvəl futbolçunun xanımının bətnindəki körpəsi tələf olub.
1/16 final mərhələsindəki matçda hesabı açan forvard diz çökərək ağlayıb. Bu ağır anlarda bütün komanda yoldaşları ona dəstək olublar.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində baş tutan həmin matçda Mərakeş seçməsi penaltilər seriyasında Niderland yığması üzərində qələbə qazanıb.