Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nurməhəmmədov UFC prezidentini hədələdi
UFC üzrə çempion Həbib Nurməhəmmədov təşkilat rəhbəri Deyna Uaytı hədələyib.
Oxu.Az xəbər verir ki, idmançı bu fikirlərini “Instagram” hesabında yazıb.
O bildirib ki, əgər Uayt mükafatı ona verməsəydi, UFC prezidentinin avtomobilinə zərər yetirəcəkdi.
“Deyna Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin park olunduğu yeri bilirəm”, – idmançı yazıb.
Şərhlərdə UFC prezidenti bu məlumatı idmançının atasına çatdıracağını bildirib.
Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.
Посмотреть эту публикацию в InstagramOxu.Az yeniləndi!
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər