Jeuneafrique.com saytı afrikalı legionerlərin çıxış etdikləri Şərqi Avropa ölkələrinin siyahısını dərc edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Azərbaycanın Topaz Premyer-liqasında 15 qaradərili futbolçu yer alıb və bu, regionda 4-cü göstəricidir.
Afrikalı legionerlərin sayına görə ölkəmiz yalnız Rumıniya (28), Rusiya (22), Qazaxıstan (16) və Ukraynadan (16) geri qalır.