Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçiriləcək Dünya çempionatında iştirak etmək üçün 31 avqust 2014-cü il tarixində ABŞ-a yola düşürlər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
“Yarışda baş məşqçi İbrahim İbrahimov və komandanın kapitanı İlham Zəkiyevin rəhbərliyi ilə 12 idmançımız iştirak edəcəkdir. İdmançılarımız kişilər arasında 60, 66, 73, 81, 90, 100, +100 kq məkidə, qadınlar arasında isə 48, 57 və 63 kq çəkidə yarışlara qatılacaqlar. Bu yarışda qızıl medal qazanan idmançılar 2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV-ci yay paralimpiya oyunlarında iştirak üçün bibaşa lisenziya qazanmış olacaqlar”, - deyilir məlumatda.
Qeyd edək ki, 29 avqust tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Sumqayıt Paralimpiya idman kompleksində milli komandanın son təlim məşq toplantısını izləyərək idmançılarla görüşüb, onların fiziki və psixoloji vəziyyəti ilə tanış olmuş, komandaya uğurlar arzulamışdır.
Gülnarə Zeynalova
www.oxu.az