Avropa Liqasının qrup mərhələsinin son turunda “Maynts”la qarşılaşan “Qəbələ”nin futbolçusu Teo Uiks Almaniyaya səfər zamanı problemlə üzləşib.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb “qırmızı-qaralar”ın legionerinin Portuqaliyadan aldığı oturum icazəsinin müddətinin bitməsi olub.
4 dekabr tarixinə qədər oturum icazəsi olan liberiyalı yerli polis tərəfindən saxlanılıb. Daha sonra isə məsələ öz müsbət həllini tapıb. Sonradan futbolçuya 3 günlük Almaniya vizası verilib.
Məlumatı klubdan da təsdiqləyiblər.
E.Ə.
www.oxu.az