Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pornoulduz: "Mən Kriştianu Ronaldudan daha yaxşı futbolçuyam"
"Sportinq" klubunun gənclər komandasında çıxış etmiş və daha sonra narkotik istifadə etdiyi üçün həbs olunan Fabio Paim Kriştianu Ronaldunun "Qızıl Top" mükafatlarından birini ona verməli olduğunu deyib.
Oxu.Az xəbər verir ki, Fabio Paim bu barədə "Marca" nəşrinə açıqlamasında danışarkən deyib.
"Mən həqiqətən xüsusi idim. Təvazökar olmalıyam, amma bu həqiqətdir. Təəssüf ki, mənim vaxtımda nə "Instagram", nə də "Facebook" var idi. İndiki kimi heç nə çəkilmirdi. Həqiqətən inanıram ki, Kriştianu bütün səyi və əməyi ilə layiq olduğu səviyyəyə çatdı. Amma, reallıq budur ki, mən Kriştianu Ronaldudan daha yaxşı idim. Məncə, Ronaldu əldə etdiyi "Qızıl top"lardan birini mənə verməlidir", - deyə F.Paim bildirib.
Qeyd edək ki, Fabio Paim həbsdən çıxdıqdan sonra pornoulduz olmaq qərarına gəlib.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"