Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pro Liqa: "Ən-Nəsr" Asiya Çempionlar Liqasından məhrum ola bilər
Səudiyyə Ərəbistanı Pro Liqasında 32-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" doğma azarkeşləri önündə "Ət-Taavun"u qəbul edib.
Ər-Riyaddakı "Əl-Əvvəl Park"da baş tutan matçda Kapitan Kriştianu Ronaldunun yoxluğunda meydan sahibləri qalib gələ bilməyiblər. Görüş minimal hesablı heç-heçə ilə yekunlaşıb - 1:1.
Beləliklə də, sona 2 tur qalmış Stefano Piolinin yetirmələri yarış cədvəlində 64 xalla 4-ci pilləni tuturlar ki, bu da komandanın növbəti mövsümdə Asiya Çempionlar Liqasına çıxış etməsi üçün kifayət deyil.
Xatırladaq ki, Pro Liqada yalnız ilk üçlükdə qərarlaşan klublar qitə birinciliyində oynaya bilərlər. Hazırda "Ən-Nəsr"i 3-cü yerdən cəmi 1 xal ayırır.
"Ən-Nəsr FK" teqi üzrə xəbərlər
- "Aston Villa" Unay Emerinin "Ən-Nəsr"ə keçidinə razılıq verməyəcək
- Kriştianu Ronaldu Lionel Messi ilə arasındakı qol fərqini artırdı
- Ronaldudan gözlənilməz addım - Hansı klubu seçdiyi bəlli oldu
- "Ən-Nəsr" Kriştianu Ronaldunun ayrılıq məsələsinə reaksiya verdi
- Ronaldu Klublararası Dünya Çempionatında iştirak edə bilər