"Lokomotiv Moskva" və "Qalatasaray" rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı tam razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Çempionat"a vəziyyətlə tanış olan mənbə məlumat verib.
Klublar 25 milyon avroluq transfer üzrə razılığa gəlib və bu məbləğin hissə-hissə ödənilməsi şərtlərini də müəyyənləşdiriblər.
Yaxın günlərdə transferin rəsmən yekunlaşacağı, bundan sonra Batrakovun Türkiyə klubu ilə dördillik müqavilə imzalayacağı gözlənilir.
Ötən mövsüm Batrakov bütün turnirlərdə 36 matçda iştirak edib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.