"Qalatasaray" Türkiyə millisinin hücumçusu Deniz Daniel Gülün transferi üçün danışıqlara başlayıb.
Oxu.Az xəbər verir ki, İstanbul klubu 22 yaşlı futbolçunun transferi ilə bağlı onun klubu "Portu" ilə rəsmi görüşlərə start verib.
Məlumata görə, "Qalatasaray" futbolçunun transferi üçün "Portu"ya 11-12 milyon avro civarında təklif hazırlayıb. Portuqaliya mətbuatında isə İstanbul klubunun Deniz Gül üçün 10 milyon avro, əlavə olaraq bonuslar və növbəti satışdan 10 faiz pay təklif etdiyi yazılıb.
Qeyd edək ki, Deniz Gül 2024-cü ildən "Portu"da çıxış edir. O, ötən mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlər üzrə 44 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Deniz Gülün "Portu" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
