“Qarabağ” yanvarın 6-dan etibarən Türkiyənin Antalya şəhərində cari mövsümün növbəti yarısının hazırlıqlarına başlayacaq.
Klubdan Oxu.Az-a verilən məlumata görə, komanda qış təlim-məşq toplanışı müddətində beş yoxlama matçında qüvvəsini sınayacaq.
Belə ki, “Qarabağ” yanvarın 13, 16, 19, 23 və 26-da gücünü xarici klublarla matçlarda yoxlayacaq. Artıq rəqiblərdən ikisinin adı bəllidir. Bu, Çexiyanın “Bohemians” və Polşanın “Pyast” klublarıdır. “Pyast”la matç yanvarın 23-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” 2013-cü ildə Avropa Liqasının II təsnifat mərhələsində Qlivitse şəhərini təmsil edən “Pyast”la qarşılaşıb. Bakıda 2:1 qalib gələn Ağdam təmsilçisi Polşadakı cavab oyununda da 2:2-lik heç-heçəyə nail olmaqla mərhələ adlamışdı.
Səbuhi MUSAYEV