Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qarabağ” futbolçuları meydana şəhid övladları ilə çıxacaq - EKSKLÜZİV
Bu gün 21:55-də 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Portuqaliyanın “Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq.
Qurban Qurbanovun yetirmələri meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər.
“Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq.
Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, - Oxu.Az-a Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib.
Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir.
“Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və “Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan prezidenti İlham Əliyev kimi, vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, - təşkilatdan bildirilib.
Vəfa Fərəcova
www.oxu.az
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər