"Qarabağ"ın futbolçusu Toral Bayramov Misli Premyer Liqasında 25-ci qolunu vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Toral Bayramov bu nəticəyə 137-ci oyununda nail olub. Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"ın (5:1) qapısına iki qol vurmaqla 25-ə çatıb.
Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
Qeyd edək ki, Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. "Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.