"Qarabağ" futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev iki-üç ay yaşıl meydanlardan uzaq qalacaq".
Bu barədə Oxu.Az-a "Qarabağ"ın Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, təcrübəli qolkiper sol bud çanağından zədələnib.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan - Fransa matçının birinci hissəsində zədələnərək oyunu davam etdirə bilməmişdi.
Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın heyətində Kadi Borges zədələnmişdi.
Murad Nəsimi