Bu gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilib.
Oxu.Az Futbolpress.az-a istinadən xəbər verir ki, son turda “Qəbələ” doğma meydanda “Bakı”nı qəbul edib. 3:0 hesabı qələbə qazanan “Qəbələ” bürünc mükafata sahib çıxıb.
Oyundan sonra isə Azərbaycan futbolunda ilk və qeyri-adi hadisə yaşanıb.
“Qəbələ”nin nigeriyalı hücumçusu Ekiqo Ehiosun sevgilisinə elə meydandaca evlənmə təklif edib və ona nişan üzüyü verib. Xanım sevgilisinin bu təklifini müsbət cavablandırıb.
Bu anda cütlük sevinc göz yaşlarını saxlaya bilməyib.