Tanınmış ukraynalı futbol mütəxəssisi, vaxtilə Azərbaycanın “Qəbələ” futbol klubunu çalışdırmış Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.
Avtobioqrafik kitab “Üç ölkənin çempionu” adlanır.
“Çoxdan idi ki, xatirələrim haqqında kitab yazmaq istəyirdim, amma bunun çox sonralar baş verəcəyini düşünürdüm. Çox xoşbəxtəm. Bu kitabımı əvvəldən sona qədər bir neçə dəfə oxumuşam və hər dəfə mütaliə edəndə daha çox emosiyalara qərq oluram, sanki kitabda danışdığım bütün o unudulmaz anları yenidən yaşayıram”, - deyə 56 yaşlı ukraynalı mütəxəssis vurğulayıb.
Məlumat üçün qeyd edək ki, təcrübəli mütəxəssis Latviyanın “Ventspils”, Qazaxıstanın “Astana” və Belarusun “Şaxtyor” klubları ilə ölkə çempionluğunu qeyd edib.
Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”yə başçılıq edib.
Mənbə: Footboom.com