“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah “Neftçi”yə qarşı keçiriləcək final oyununa ilə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, hamımız gərgin və maraqlı oyun izləyəcəyik. Belə həlledici oyunun gedişatında dəyişikliklər ola bilər, - Oxu.Az məşqçinin sözlərini sitat gətirir. - Hər iki komandanın istəyi çoxdur. Təəssüf ki, qalib bir komanda olacaq.
Mən Neftçinin son bir neçə oyununu izləmişəm. Komandada bir neçə gənc istedadlı oyunçu var. Flavinyonun olmaması isə bizim işimizi asanlaşdıracaq. Amma mən, finalda hamının, hətta cəzalı olanların da oynamasını istərdim. Çünki bu finaldır.
Penaltilər üzərində bir dəfə məşq etmişik. Çünki çox məşq etməyin yaxşı olmadığını düşünürəm. Məsələn, bir futbolçu oyundan sonra penaltilərdə məşq zamanı vura bilmədiyi penaltini yadına salıb səhvə yol verə bilər.
Neftçi bizim üçün çox çətin rəqibdir. Çoxları yazırlar ki, klubun problemləri var, lakin Bizim ən çətin oyunlarımız Neftçiyə qarşı olub. Bizi çox çətin oyun gözləyir”.
F.H.
www.oxu.az