Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rəcəb Fərəczadə: "Azərbaycan yığması yarımfinala qədər rahat şəkildə irəliləyə bilər"
Rəcəb Fərəczadə Azərbaycan millisinin Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinala qədər rahat şəkildə irəliləyəcəyini düşünür.
Oxu.Az xəbər verir ki, o, bunu "Report"a açıqlamasında bildirib.
Hazırda Azərbaycanın minifutbol üzrə U-23 yığmasında çalışan mütəxəssis komandanın mundiala çox yaxşı hazırlaşdığını söyləyib:
"Hətta bununla bağlı Azərbaycan çempionatını mart ayında bitirmişdik. Millimiz təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirib. Düşünürəm ki, komanda tam hazırdır. Heyət "Birbaşa Bakı" və "Zirə" klublarının üzvlərindən təşkil olunub. "Birbaşa Bakı" Çempionlar Liqasının son qalibidir. "Zirə" də yaxşı komandadır. Düşünürəm ki, Azərbaycan yığması yarımfinala qədər rahat şəkildə irəliləyə bilər. Komandadan ən azı bunu gözləyirik".
R.Fərəczadə dünya çempionatında hansı yığmaları favorit görməsi ilə bağlı sualı da cavablandırıb:
"Azərbaycan millisindən başqa, Rumıniya yığması da daim favorit qismində çıxış edib. Çexiya, Slovakiya, Serbiya da yaxşı komandalardır. Ümumiyyətlə, adlarını çəkdiyim kollektivlər həmişə iddialı olublar. Digərlərinin oyunlarını isə görməmişəm. Türkiyənin də çox döyüşkən komandasının olduğunu deyirlər".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq. A qrupunda yer alan Azərbaycan millisi bu gün, saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində