İsveçrəli tennisçi Roje Federer kişi və qadın tennisini birləşdirmək təklifi ilə çıxış edib.
Tennisçi bu bardə fikirlərini öz “Twitter” hesabında yazıb.
“Sadəcə maraqlıdır... Təkcə mən düşünürəm ki, kişi və qadın tennisini birləşdirməyin vaxtı çatıb?”
R.Federerin təklifi cavabsız qalmayıb. Dünyanın keçmiş bir nömrəli raketka ustası Simona Halep həmkarına “Xeyr, tək sən elə düşünmürsən” cavabını yazıb.
