Beşqat "Qızıl top" qalibi portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr" klubu ilə yeni müqaviləsinə əsasən, futbolçular üçün rekord məbləğdə - illik 263 milyon avro maaş alacaq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Qeyd edək ki, "Əl-İttihad"ın fransız hücumçusu Kərim Benzema və "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi ildə 200 milyon avro qazanırlar.
40 yaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxışını davam etdirəcək.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə klubun rəsmi mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, futbolçu ilə 2027-ci ilə qədər yeni müqavilə imzalamıb.
Ronaldunun əvvəlki müqaviləsi iyunun 30-da başa çatmalı idi.
Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından "Ən-Nəsr"in tərkibində çıxış edir.