Futbol üzrə Portuqaliya yığması İsveçrənin milli komandası üzərində qələbə qazanaraq Millətlər Liqasının finalına vəsiqə qazandı.
Oxu.Az bildirir ki, Portuda baş tutan görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.
25, 88 və 90-cı dəqiqələrdə olmaqla, hər üç qolu Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu vurub. İsveçrəlilərdən isə yeganə qolu rəqibin qapısından Rikardo Rodriqes penaltidən (57-ci dəqiqə) zərbə vurmaqla keçirə bilib.
Qeyd edək ki, digər yarımfinal matçı iyunun 6-da Gimaraynş şəhərində Hollandiya və İngiltərə yığmaları arasında baş tutacaq. İyunun 9-da isə Portuqaliyada final və 3-cü yer uğrunda görüşlər keçiriləcək.