Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ronaldunun çıxış etdiyi klubun yeni baş məşqçisi kim olacaq?
İtaliyalı Stefano Pioli portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun yeni baş məşqçisi olacaq.
Oxu.Az bu barədə "championat"a istinadən xəbər verir.
Məlumata görə, hazırda komandaya rəhbərlik edən Luiş Kaştru tezliklə klubdan ayrılacaq.
Səudiyyə Ərəbistanı çempionatında "Ən-Nəsr" cari mövsümə bir qələbə və bir heç-heçə ilə başlayıb və iki turdan sonra turnir cədvəlində beşinci yeri tutur.
Yerli Superkubok finalında Kaştrunun komandası "Əl-Hilal"a 1:4 hesabı ilə məğlub olub.
Əvvəllər Pioli 2019-cu ilin oktyabrından "Milan"da işləyib, onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə A Seriyasını qazanıb və növbəti mövsümdə Çempionlar Liqasının yarımfinalına çıxıb.
"Ən-Nəsr FK" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Kriştianu Ronaldudan uğursuz 76 dəqiqə