Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Arriyadiyah" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, mövcud vəziyyətdən çıxış yolu tapılanadək klub rəhbərliyinə yeni transferlər həyata keçirmək və hər hansı yeni müqavilə bağlamaq qadağan edilib.
Bildirilir ki, problemin həlli yollarından biri klubun müəyyən hissəsinin satılmasıdır.
Qeyd olunur ki, "Ən-Nəsr" klubunun borcu təxminən 800 milyon rial (200 milyon ABŞ dollarından çox) təşkil edir.
Qaynar xətt:
(055) 224 12 12