Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) İcra komitəsi rusiyalı paralimpiyaçılara Pxençxanda keçiriləcək Oyunlar-2018-in seçmə turunda iştirak etməyi qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya paraolimpiya komitəsinin (RPK) saytında məlumat yayılıb.
“BPK-in İcra komitəsi RPK-in Rusiya paraolimpiyaçılarının Pxençxanda 2018-ci ildə keçiriləcək Qış Paraolimpiya oyunlarda təsnifləşdirilmiş yarışlarda iştirakına dair təklifi təmin etməyib”, - komitənin bəyanatında deyilir.
Qeyd edilir ki, RPK Rusiya paraolimpiyaçılarını qış Paraolimpiadaya hazırlamağa davam edəcək. “RPK rusiyalı paraolimpiyaçıların hüquqlarını Rusiya və beynəlxalq qanunvericiliyin müvafiq qaydaları üzrə müdafiə etməyə davam edəcək”, - RPK-də əlavə ediblər.
N.O.
www.oxu.az