ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirinin 7-ci turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşıb.
Partiya heç-heçə başa çatıb.
Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb. Maqnus Karlsen (Norveç) və Fabiano Karuana (ABŞ), Vişvanatan Anand (Hindistan) və Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Hikaru Nakamura (ABŞ) sülh bağlayıblar.
Yeddi turdan sonra 4,5 xal toplamış Karuana turnirə liderlik edir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşürlər. Onların hər birinin hesabında 4 xal var.
6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 3,5 xal) tutur. Ardınca So (3) və Nakamura (2,5), sonuncu isə Karyakin qərarlaşıb (2).
Turnirə avqustun 27-də yekun vurulacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.
Rəylər