Çempionlar Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.
Oxu.Az xəbər verir ki, ikinci oyun günü paralel keçən iki matçla başlayıb.
İstanbulun “Beşiktaş” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.
Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.