"Klublarımız avrokuboklarda ölkəmizi layiqincə təmsil edirlər və hər birinə uğurlar arzu edirik".
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qurumun hesabatında bildirib.
"Başlıca problemlərimizdən biri əsas və I Liqalarla bağlıdır. Bu problemlərin başında isə danışılmış oyunlar gəlir. Biz AFFA olaraq bu məsələni ciddi nəzarət altında saxlayırıq və bu kimi hallar baş verən təqdirdə ciddi cəzalar tətbiq olunacaq".