Futbol üzrə Azərbaycan millisi növbəti hazırlıq matçına çıxıb.
Oxu.Az xəbər verir ki, yığmamız Sloveniya ilə yoldaşlıq görüşü keçirib.
Canni De Byazinin yetirmələri üçün bu oyun 2020-ci ildə ilk yoldaşlıq matçı kimi tarixə düşüb.
Oyun Sloveniyanın paytaxtı Lyublyananın “Stojitse” stadionunda baş tutub.
Qarşılaşmada iki tərəfin də qol imkanları olsa da, hesab açılmayıb.
Qeyd edək ki, millimiz iki gün sonra Millətlər Liqası çərçivəsində Monteneqro, noyabrın 17-də isə Lüksemburqla qarşılaşacaq.