2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” iki transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimov və Elvin Məmmədov Sumqayıt klubu ilə bir illik sözləşməyə imza atıb.


Qeyd edək ki, Elvin Məmmədovun “Sumqayıt”la anlaşdığını Oxu.Az dünən xəbər vermişdi.
Xatırladaq ki, daha əvvəl avrokuboka hazırlaşan “Sumqayıt” qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovla müqavilə müddətini uzatmışdı.