“Synergy Baku Cycling Project” Azərbaycan velosipedçilər komandası qitə komandası lisenziyasını alıb.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqı 2016-cı il mövsümü üçün qitə velokomandalarının siyahısına əlavələr edib.
“Synergy Baku” ilə yanaşı, qitə komandası statusunu Belarusun “Minsk Cycling Club” və Qazaxıstanın “Astana City” komandası da alıb.
Hal-hazırda dünyada 97 qitə komandası mövcuddur.
F.H.
www.oxu.az